CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Məhəmməd Cəbrayılov

18:00 28.10.2026

Mirzoyanın blefi, yoxsa reallıq? - Ermənistan Azərbaycanın şərtini qəbul etdi

348

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın TRIPP (və TRACECA marşrutu) layihəsinin Ermənistana Azərbaycan vasitəsilə üçüncü ölkələrlə əlaqə qurmaq imkanı verəcəyi barədə bəyanatı Cənubi Qafqazın nəqliyyat-logistika xəritəsində yeni diplomatik pərdəarxasını üzə çıxarıb. İrəvan rəhbərliyi Azərbaycanın regiondakı əvəzolunmaz tranzit rolunu dolayısı ilə etiraf etsə də, baş nazir Nikol Paşinyan komandasının indiyədək sözdən əməli işə keçməməsi, öz ərazisində layihə üzrə real addımlar atmaması bu bəyanatların sadəcə "sülhpərvər imic" yaratmaq kimi qiymətləndirilməsinə səbəb olur. Çünki Azərbaycan öz ərazisində bütöv infrastrukturu hazır vəziyyətə gətirdiyi halda, Ermənistan tərəfində faktiki olaraq hələ daş daş üstə qoyulmayıb. Bəs bu layihənin reallaşması nəyi dəyişəcək? Qərblə Şərq arasında əsas dəhlizə çevrilən Azərbaycan üçün ən təməl şərt Naxçıvanla maneəsiz və etibarlı quru bağlantısının təmin edilməsidir. Ermənistan Azərbaycan üzərindən dəniz limanlarına və Türkiyə bazarlarına çıxış qazanmaq istəyirsə, rəsmi Bakının təhlükəsizlik və maneəsiz tranzit tələblərini yerinə yetirməyə məcburdur. Bu fonda aktual sual ortaya çıxır: TRIPP (TRACECA) layihəsi reallaşarsa, Azərbaycanın regional tranzit mövqeyinə və Naxçıvanla bağlantısına hansı konkret iqtisadi üstünlükləri gətirəcək, İrəvanın bu çıxışı real addıma çevriləcəkmi?

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR