İsrailin Livanın cənubuna zərbəsi nəticəsində 7 nəfər ölüb
İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində azı 7 nəfər ölüb, 3 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Livanın Milli Xəbər Agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, zərbə Nəbatiyyə bölgəsinin Ənsar qəsəbəsi yaxınlığındakı evə endirilib və bina tamamilə dağılıb. Agentliyin məlumatına əsasən, bu, iki ay əvvəl atəşkəs qüvvəyə mindikdən sonra İsrailin Livanın daxilində bu qədər dərinliyə endirdiyi ilk hava zərbəsidir.
10:46 15.08.2026
Oxunuş sayı: 55