KİV: Hörmüz boğazından neft axını ilə bağlı ABŞ rəqəmləri şübhə doğurur
ABŞ-nin energetika naziri Kris Rayt Hörmüz boğazından gündəlik neft ixracının 9 milyon barelə yaxınlaşdığını desə də, gəmi hərəkətlərini izləyən şirkətlərin məlumatları bu rəqəmin ən yaxşı halda bunun təxminən yarısı olduğunu göstərir.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Rayt avqustun 12-də bildirib ki, ABŞ hərbçiləri və Körfəz ölkələrinin koordinasiyalı səyləri nəticəsində Hörmüz boğazından neft axınının yeddi günlük orta göstəricisi təxminən 9 milyon barel/günə çatıb. O, əlavə olaraq yeni boru kəmərləri və ixrac infrastrukturu vasitəsilə bölgədən daha 5-7 milyon barel neftin çıxarıldığını və ümumi neft axınının gündəlik təxminən 15 milyon barel olduğunu iddia edib.
15:51 14.08.2026
Oxunuş sayı: 50