Rusiya MN: Ukrayna obyektlərinə zərbələr endirilib
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qoşunları sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi infrastruktur obyektlərinə, zərbə PUA-larının yığılması və saxlanması məntəqələrinə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, “Rusiya Müdafiə Nazirliyi” bu barədə brifinqdə məlumat yayıb.
Nazirliyin iddiasına görə, Rusiya hava hücumundan müdafiə vasitələri sutka ərzində 3 HIMARS reaktiv yaylım atəş sisteminin mərmisini və 1,1 mindən çox Ukrayna PUA-sını vurub. Həmçinin Ukrayna tərəfinin itkilərinin təxminən 1 410 hərbçi olduğu bildirilib. Bu rəqəmlər Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
13:47 13.08.2026
Oxunuş sayı: 54