Süni intellekt Hindistanın IT sektorunu təhdid edir
Süni intellekt Hindistanın texnologiya sektoruna ciddi təhlükə yaradır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu sahə uzun illər ərzində ölkə iqtisadiyyatının əsas inkişaf qüvvələrindən biri olub və milyonlarla insanı işlə təmin edib.
Generativ süni intellekt və avtomatlaşdırma texnologiyalarının sürətli inkişafı proqramlaşdırma, test və texniki dəstək kimi rutin prosesləri risk altına salır.
Mütəxəssislərin fikrincə, süni intellektin geniş tətbiqi Hindistanın ənənəvi IT autsorsinq modelinin aktuallığını azalda bilər.
Bu vəziyyət şirkətləri və dövlət qurumlarını əmək bazarını yenidən qurmağa, yeni ixtisas istiqamətləri və inkişaf imkanları axtarmağa məcbur edir.
18:22 11.08.2026
Oxunuş sayı: 67