Tehrandan Kiyevə bahalı tələb: Dəyən zərəri ödəməlisiniz
İran xarici işlər naziri Abbas Əraqçi Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbədən sonra dəymiş zərərin Kiyev tərəfindən ödənilməli olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əraqçi bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga ilə söhbəti zamanı danışıb. O qeyd edib ki, İran eskalasiyaya can atmır, lakin vətəndaşlarına qarşı hər hansı hücumu qəbul etmədiyini açıq şəkildə nümayiş etdirir.
23:59 28.07.2026
Oxunuş sayı: 62