Ermənistan xarici kəşfiyyatını silah ticarətinə cəlb edir
Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin hərbi məhsulların idxalı, ixracı və tranzit daşınmalarının lisenziyalaşdırılması prosesinə cəlb edilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Məlumata görə, müvafiq qərar layihəsi Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi tərəfindən hazırlanıb.
Layihədə 2009-cu il 12 noyabr tarixli, hərbi məhsulların siyahısını və onların idxalı, ixracı, tranzit daşınması, eləcə də vasitəçilik fəaliyyəti üzrə lisenziyalaşdırma qaydalarını müəyyən edən hökumət qərarına dəyişiklik təklif olunur.
Hazırda Ermənistan Xarici Kəşfiyyat Xidməti bu sahə üzrə rəy və məlumat təqdim edən dövlət qurumlarının siyahısında yer almır.
Yeni layihəyə əsasən, Xarici Kəşfiyyat Xidmətinin Dövlət Gəlirləri Komitəsindən sonra müvafiq dövlət qurumları siyahısına əlavə edilməsi nəzərdə tutulur.
16:43 28.07.2026
Oxunuş sayı: 43