Rza Pəhləvi: İranda hakimiyyət dəyişikliyi yaxındır
İran şahının oğlu Rza Pəhləvi bildirib ki, ölkədə hakimiyyət dəyişikliyi çox yaxındır və mövcud rejim son 47 ilin ən zəif dövrünü yaşayır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Pəhləvinin sözlərinə görə, İran hakimiyyəti legitimliyinin qalıqlarını da itirib.
O bildirib ki, uzun illər bir sıra ölkələrin Tehranın davranışını dəyişəcəyinə ümid edərək apardığı yumşaq siyasət əksinə, mövcud rejimin legitimləşdirilməsinə xidmət edib.
16:31 28.07.2026
Oxunuş sayı: 48