İspaniyada yanğınlar nəzarətdən çıxır
İspaniya hakimiyyəti ərazisi artıq Barselonanın sahəsindən beş dəfə böyük olan meşə yanğınını bu həftə gözlənilən yeni isti hava dalğası başlamazdan əvvəl nəzarət altına almağa çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, xilasedicilər alovun daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər. Yeni isti hava dalğasının yanğınların söndürülməsini daha da çətinləşdirəcəyi ehtimal olunur.
16:24 28.07.2026
Oxunuş sayı: 47