ABŞ-li iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif edib
ABŞ-li iqtisadçı Robin Bruks Yunanıstanın Rusiyaya qarşı sanksiyaları pozduğunu iddia edərək, bu ölkənin Avropa İttifaqından çıxarılmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Brukinqs İnstitutunun baş elmi işçisi Robin Bruks bildirib ki, Yunanıstan son dörd ildə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını zəiflədib.
Onun sözlərinə görə, Avropa İttifaqında qaydaları pozan üzv dövlətlər üçün təsirli cəza mexanizmi yoxdur və bu vəziyyət yalnız Yunanıstan kimi ölkələrin birlikdən çıxarılması ilə dəyişə bilər.
12:49 28.07.2026
Oxunuş sayı: 43