Pentaqon: ABŞ-nin döyüş dronlarının istehsalı Ukraynadan geri qalır
ABŞ döyüş pilotsuz uçuş aparatlarının (PUA) istehsalı baxımından Ukraynadan əhəmiyyətli dərəcədə geri qalır.
Crossmedia.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə İnnovasiyaları Bölməsinin direktor müavini Trevis Mets bildirib.
Onun sözlərinə görə, Ukrayna hər ay təxminən 500 min döyüş dronu istehsal edir. Bu göstərici ABŞ-nin il ərzində satın almağı planlaşdırdığı 200 mindən az dron sayından təxminən 2,5 dəfə çoxdur.
12:06 28.07.2026
Oxunuş sayı: 50