Sobyanin: Səhərə qədər Moskva istiqamətində 390-dan çox PUA uçub
Moskva meri Sergey Sobyanin bildirib ki, səhər saatlarınadək paytaxt istiqamətində 390-dan çox pilotsuz uçuş aparatı (PUA) hərəkət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Sobyanin məlumat yayıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri PUA-ların zərərsizləşdirilməsi istiqamətində fasiləsiz fəaliyyət göstərib.
Hücumların nəticələri və mümkün dağıntılar barədə hələlik ətraflı rəsmi məlumat açıqlanmayıb.
11:50 28.07.2026
Oxunuş sayı: 51