Paşinyan Aİ-yə üzvlüklə bağlı referendum ehtimalını istisna etmədi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilə biləcəyini istisna etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı tərəflər regional və ikitərəfli məsələləri müzakirə ediblər. Paşinyan Aİ-yə üzvlük məsələsinin gələcəkdə referendum vasitəsilə həll oluna biləcəyini qeyd edib.
09:38 28.07.2026
Oxunuş sayı: 57