Peskov: Rusiya öz sosial şəbəkəsini istəyir
Rusiya hakimiyyəti Telegram messencerinin tam fəaliyyətinin bərpası ilə bağlı platforma nümayəndələri ilə əlaqə saxlayır, lakin messencer tərəfindən ciddi aktivlik müşahidə olunmur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, Rusiya öz suveren informasiya texnologiyalarına və informasiya məzmunu yaratmağa imkan verən alətlərə malik olmalıdır.
Onun sözlərinə görə, ölkənin öz sosial şəbəkələrinin olması texnoloji suverenliyin göstəricisidir və bunu yalnız az sayda dövlət təmin edə bilir.
Peskov həmçinin bildirib ki, Rusiya ABŞ-dən fərqli olaraq sosial dövlət modelinə malikdir və sosial şəbəkələrə yüz milyardlarla dollar xərcləmir.
20:36 27.07.2026
Oxunuş sayı: 44