Putin: Qərb 2022-ci ildən rusofobiya maşınını tam gücü ilə işə salıb
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərb 2022-ci ildən etibarən rusofobiya siyasətini maksimum səviyyəyə çatdırıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Putinin sözlərinə görə, Rusiya üzərində təzyiq cəhdləri hələ 2014-cü ildə baş verən "Rus baharı"ndan sonra başlayıb.
"Biz təzyiq cəhdləri ilə çoxdan üzləşirik. Hələ 2014-cü ildəki "Rus baharı"ndan sonra da belə idi. 2022-ci ildən isə Qərb rusofobiya maşınını tam gücü ilə işə saldı", – deyə Rusiya prezidenti bildirib.
17:19 27.07.2026
Oxunuş sayı: 45