Polşa Epşteyn işi ilə bağlı Fransadan kömək istəyib
Polşa hüquq-mühafizə orqanları maliyyəçi Cefri Epşteynlə bağlı araşdırmada Fransadan hüquqi yardım istəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
Bildirilib ki, söhbət Epşteynin yaxın tanışlarından olan fransalı model agenti Jan-Lük Brunel barəsində aparılan istintaqdan gedir.
Məlumata görə, Polşa prokurorluğu Fransa tərəfinə Avropa İstintaq Orderi göndərərək Brunel və onunla əməkdaşlıq edən şəxslərlə bağlı toplanmış sübut və materialların təqdim olunmasını istəyib.
15:42 27.07.2026
Oxunuş sayı: 63