Hindistan Ukrayna səfirini XİN-ə çağırdı
Hindistan Xarici İşlər Nazirliyi Ukraynanın ölkədəki səfirini "MV OMORFI" ticarət gəmisinə hücum nəticəsində Hindistan vətəndaşının həlak olması ilə əlaqədar nazirliyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfirə Hindistanın ticarət gəmilərinə hücumlarla bağlı ciddi narahatlığı Ukrayna hakimiyyətinin diqqətinə çatdırılması tapşırılıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, günahsız mülki dənizçilərin həyatını təhlükə altına alan bu cür hücumlar qəbuledilməzdir və gələcəkdə təkrarlanmamalıdır.
"Səfirdən Hindistanın ticarət gəmilərinə hücumlarla bağlı ciddi narahatlığını Ukrayna tərəfinə çatdırması istənilib. Günahsız mülki dənizçilərin həyatını təhdid edən bu cür hərəkətlər qəbuledilməzdir və onlara son qoyulmalıdır", – deyə XİN-in açıqlamasında bildirilir.
15:16 27.07.2026
Oxunuş sayı: 59