Ukrayna PUA-ları yenidən Rusiya neft obyektini hədəf aldı
Rusiyanın Tümen vilayətində yerləşən neft emalı zavodunun ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, "RİA Novosti" bu barədə Tümen vilayətinin qubernatoru Aleksandr Moorun açıqlamasına istinadən məlumat yayıb.
Qubernator bildirib ki, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları çalışır. Onun sözlərinə görə, vəziyyət şəxsi nəzarətindədir.
13:09 25.07.2026
Oxunuş sayı: 65