Nabiullina: Rusiya bank sektoru sanksiyalara uyğunlaşıb
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkənin bank sektorunun sanksiyalara uyğunlaşdığını və bu sahədə ciddi risklər görmədiklərini bildirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Nabiullinanın sözlərinə görə, Rusiya banklarının əksəriyyəti artıq bir neçə ildir sanksiyalar şəraitində fəaliyyət göstərir və məhdudiyyətlərə məruz qalmayan maliyyə qurumları da belə ssenariyə hazırdır.
O qeyd edib ki, əvvəlki sanksiya dalğalarında olduğu kimi, banklar yeni məhdudiyyətlərə də uyğunlaşa biləcəklər.
"Bank sektorunun kifayət qədər böyük dayanıqlıq və kapital ehtiyatı var. Buna görə də burada hər hansı ciddi problem görmürük", – deyə Nabiullina vurğulayıb.
17:28 24.07.2026
Oxunuş sayı: 52