KİV: Tramp Netanyahu ilə görüşmək istəmir
ABŞ-nin Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşlərdən qəsdən yayındığı bildirilir.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə ABŞ administrasiyasındakı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp Netanyahu ilə bağlı narazılığını gizlətmir və vaxtaşırı köməkçilərinə onunla nə danışmaq, nə də görüşmək istədiyini bildirir.
Nəşrin məlumatına əsasən, İsrail rəsmiləri Tramp və Netanyahu arasında görüş təşkil etməyə çalışırlar. İlkin məlumata görə, İsrailin baş naziri gələn həftə senator Lindsi Qremlə vida mərasimində iştirak etmək üçün ABŞ-yə səfər edə bilər. Lakin bu səfər hələlik rəsmi təsdiqini tapmayıb.
11:42 24.07.2026
Oxunuş sayı: 37