Kanada ABŞ-nin yeni rüsumlarına cavab verməyə hazırdır
Kanadanın Baş naziri Mark Karni ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumlarından sonra Ottavanın öz maraqlarını qorumaq üçün bütün mümkün addımları atmağa hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Karni qeyd edib ki, Kanada zərurət yaranacağı təqdirdə cavab tədbirləri də daxil olmaqla bütün variantları nəzərdən keçirəcək.
Onun sözlərinə görə, hökumət ölkənin iqtisadi maraqlarının qorunmasını prioritet hesab edir.
10:56 24.07.2026
Oxunuş sayı: 34