Türkiyə Bosniya və Herseqovinanı antidron sistemləri ilə təmin edəcək
Bosniya və Herseqovina Türkiyənin ASELSAN şirkətindən antidron sistemləri alacaq. Tərəflər bununla bağlı yeni tədarük müqaviləsi imzalayıblar.
Crossmedia.az xəbər verir ki, "Anadolu" agentliyi bu barədə məlumat yayıb.
Türkiyənin ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol bildirib ki, müqavilə Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez ilə imzalanıb. Onun sözlərinə görə, bu razılaşma iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Akyol səfər çərçivəsində Bosniya və Herseqovina Federasiyasının Baş naziri Nermin Nikşiç və energetika, mədənçilik və sənaye naziri Vedran Lakiç ilə də görüş keçirdiyini bildirib. Görüşlərdə regiondakı fəaliyyət və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
09:32 24.07.2026
Oxunuş sayı: 50