Zelenski Fedorova yeni vəzifə təklifi etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin keçmiş müdafiə naziri Mixaylo Fedorova hərbi innovasiyalar üzrə məsul vitse-premyer vəzifəsini təklif etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Fedorov onun komandasında qalır. Ukrayna lideri qeyd edib ki, onun üçün bir neçə vəzifə variantını nəzərdən keçirib, lakin sonda hərbi yeniliklərə cavabdeh olacaq vitse-premyer postunu təklif edib.
Bununla belə, Zelenski Fedorovun bu vəzifəni qəbul edib-etmədiyini açıqlamayıb.
23:20 23.07.2026
Oxunuş sayı: 38