İran Britaniyanı təcavüzün iştirakçısı elan etdi
İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın yeni hökumətinin ABŞ-yə İran əleyhinə əməliyyatlar aparmaq üçün Britaniya hərbi bazalarından istifadə imkanı verməsi qərarını sərt şəkildə pisləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran XİN bildirib ki, Tehran Londonun bu addımlarını ölkəyə qarşı təcavüz aktı kimi qiymətləndirəcək.
Nazirliyin bəyanatında qeyd olunub ki, bu cür əməliyyatlara istənilən yardım ABŞ-nin kampaniyasında iştirak və hərbi cinayətlərə şəriklik kimi qəbul ediləcək.
Daha əvvəl Britaniya Baş nazirinin ABŞ-yə İrana qarşı zərbələr endirmək üçün ölkənin hərbi bazalarından istifadə icazəsi verdiyi barədə məlumat yayılmışdı.
21:16 23.07.2026
Oxunuş sayı: 25