Aİ Rusiyaya qarşı son 4 ilin ən böyük sanksiyalar paketini tətbiq edir
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı son 4 ilin ən böyük sanksiyalar paketini qüvvəyə mindirir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, yeni sanksiyalar paketinə 218 mövqe daxil ediləcək.
Yeni məhdudiyyətlər çərçivəsində:
100-dən çox bank və kriptovalyuta birjası operatoru sanksiya siyahısına salınacaq;
Rusiya və Belarusdakı neft emalı zavodlarına qarşı məhdudiyyətlər tətbiq olunacaq;
50-dən çox hərbi-sənaye kompleksi müəssisəsi və 40-dan artıq gəmi sanksiyalara məruz qalacaq.
Kallas bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni məhdudiyyətlər üzərində də işləyir və sanksiyalar bununla bitmir.
19:16 23.07.2026
Oxunuş sayı: 27