Rusiyanın ən müasir Su-57 qırıcısı qəzaya uğradı
Rusiyanın beşinci nəsil qırıcı təyyarəsi olan Su-57 Moskva vilayətində qəzaya uğrayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində pilot vaxtında katapult edərək sağ qala bilib.
Məlumata görə, qəzaya uğrayan Su-57 Rusiyanın ən müasir döyüş təyyarələrindən biri hesab olunur və ölkənin beşinci nəsil yeganə seriyalı qırıcısıdır.
Ekspertlərin qiymətləndirməsinə əsasən, bir Su-57 təyyarəsinin istehsal dəyəri on milyonlarla dollar təşkil edir. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
Rusiya rəsmiləri qəzanın başvermə şəraiti ilə bağlı araşdırma aparıldığını bildirirlər. Hadisə həm maliyyə baxımından, həm də Rusiyanın hərbi aviasiyasının nüfuzu baxımından diqqət çəkən insident kimi qiymətləndirilir.
17:53 23.07.2026
Oxunuş sayı: 33