Rusiyada ağır cinayətlərə görə məhkum olunanlar da müharibəyə göndərilə biləcək
Rusiyada qəbul edilən yeni qanunla banditizm, qaçaqmalçılıq, cinayətkar birliklərin təşkili və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin də hərbi xidmətə cəlb edilməsinə hüquqi imkan yaradılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qanuna əsasən, bu kateqoriyadan olan məhkumlar yalnız səfərbərlik, hərbi vəziyyət və ya müharibə dövründə Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlaya biləcəklər.
Məlumata görə, həmin şəxslər üçün ayrıca xüsusi hərbi bölmələrin yaradılması da nəzərdə tutulur.
Yeni qanunun məqsədinin müharibə şəraitində şəxsi heyət ehtiyacının qarşılanmasına yönəldiyi bildirilir. Bununla belə, sənəd cəmiyyətdə və ekspert dairələrində müxtəlif reaksiyalara səbəb olub.
17:47 23.07.2026
Oxunuş sayı: 27