Ceffri Epşteynin şəbəkəsi ilə əlaqələndirilən model skaut ölü tapıldı
Ceffri Epşteynin şəbəkəsi ilə əlaqələndirilən model skaut ölü tapılıb.
Crossmedia.az xəbər verir ki, Fransanın "BFMTV" telekanalı 69 yaşlı model skaut Daniel Siadın Paris yaxınlığındakı Kolomb kommunasında yerləşən evində ölü tapıldığını təsdiqləyib.
Məlumata görə, onun cəsədi bazar ertəsi aşkarlansa da, hadisə ilə bağlı rəsmi məlumat Fransa prokurorluğu və yerli media tərəfindən yalnız bu gün təsdiqlənib.
Fransa mətbuatının yaydığı ilkin məlumata əsasən, Daniel Siadın ölümünə ürəyin dayanması səbəb ola bilər.
Daniel Siad daha əvvəl amerikalı maliyyəçi Ceffri Epşteynin cinayət şəbəkəsi ilə əlaqələndirilirdi. İddialara görə, o, müxtəlif ölkələrdən gənc qızları taparaq onların Epşteynlə tanış olmasına və görüşlərinin təşkilinə vasitəçilik edib. Lakin bu ittihamlarla bağlı onun barəsində məhkəmə hökmü çıxarılmamışdı.
17:46 23.07.2026
Oxunuş sayı: 28