Rubio: ABŞ Ukrayna münaqişəsinin həlli üçün kompromis axtarmağa davam edəcək
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukrayna münaqişəsinin nizamlanması üçün kompromis axtarmaq cəhdlərini davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, "The Guardian" bu barədə məlumat yayıb.
Rubionun sözlərinə görə, ABŞ Ukraynada sülh sazişinin imzalanmasını və döyüş əməliyyatlarının başa çatmasını istəyir. O qeyd edib ki, gələcək razılaşma həm Rusiyanı, həm də Ukraynanı qane etməlidir.
Dövlət katibi vurğulayıb ki, əsas çətinlik hər iki tərəf üçün məqbul kompromis tapmaqdır və ABŞ belə imkan yarandığı halda bu prosesdə müsbət rol oynamağa hazırdır.
Rubio əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp münaqişəni "mənasız" hesab edir və onun başa çatdırılmasında qətiyyətlidir. O bildirib ki, uyğun şərait yarandıqda Vaşinqton yeni ideya və yanaşmalar təqdim etməyə hazır olacaq.
ABŞ dövlət katibi həmçinin qeyd edib ki, münaqişə tərəflərinin hər ikisinin döyüş əməliyyatlarını dayandırmaq üçün motivasiyası olmalıdır.
17:43 23.07.2026
Oxunuş sayı: 30