Tramp: ABŞ-Səudiyyə nüvə sazişi İsraillə normallaşmadan asılıdır
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Səudiyyə Ərəbistanı ilə dinc məqsədli nüvə enerjisi sahəsində əməkdaşlıq sazişini yalnız Ər-Riyadın "Avraam Sazişləri"nə qoşulacağı təqdirdə təsdiqləyəcək.
Crossmedia.az xəbər verir ki, "Truth Social" platformasında paylaşım edən Tramp bununla bağlı mövqeyini açıqlayıb.
ABŞ prezidenti qeyd edib ki, ABŞ Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı arasında imzalanan və yalnız mülki nüvə enerjisinin istifadəsini nəzərdə tutan əməkdaşlıq sazişi təsdiqlənməyə hazırdır.
Tramp vurğulayıb ki, sazişin həyata keçirilməsi tam şəkildə Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan "Avraam Sazişləri"nə qoşulmasından asılı olacaq.
17:24 23.07.2026
Oxunuş sayı: 27