Rusiyada kömür hasilatı azalıb
2026-cı ilin ilk altı ayında Rusiyada kömür hasilatı 212 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azdır.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə məlumat yayıb.
Məlumata görə, yalnız iyun ayında kömür hasilatındakı azalma daha da sürətlənərək may ayı ilə müqayisədə 5,7 faiz təşkil edib. Nəticədə ötən ay hasilat 34,9 milyon tona enib.
Statistikaya əsasən, altı ay ərzində antrasit hasilatı 11,4 faiz azalaraq 10,1 milyon tona, digər daş kömür hasilatı isə 5 faiz azalaraq 98,5 milyon tona düşüb.
Bununla yanaşı, kokslaşan kömür hasilatı 3,5 faiz artaraq 53,8 milyon tona, adi qonur kömür hasilatı isə 1,1 faiz yüksələrək 50,2 milyon tona çatıb.
17:16 23.07.2026
Oxunuş sayı: 31