ABŞ Malidə "Əl-Qaidə" ilə əlaqəli qruplaşmaya qarşı əməliyyatı nəzərdən keçirir
ABŞ administrasiyası Malidə "Əl-Qaidə" ilə əlaqəli JNIM qruplaşmasına qarşı hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, yekun qərar hələ qəbul edilməyib. Bununla belə, Vaşinqtonun Yaxın Şərqdən kənarda terrorla mübarizə üzrə yeni cəbhə açması ehtimal olunur. ABŞ rəsmilərinin fikrincə, JNIM son illərdə Sahel bölgəsində fəaliyyətini xeyli genişləndirib.
Bəzi məlumatlara görə, qruplaşmanın fəallaşdığı Malidə Rusiyanın "Afrika Korpusu" da fəaliyyət göstərir və ölkənin hərbi rəhbərliyinə dəstək verir.
15:04 23.07.2026
Oxunuş sayı: 36