Tramp və Putinin razılaşmasından sonra Rusiya ABŞ-yə dizel yanacağı göndərir
Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı arasında əldə olunan razılaşmadan sonra 40 min ton Rusiya dizel yanacağı daşıyan tanker ABŞ-yə doğru hərəkət edir.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi LSEG-nin gəmiçilik məlumatlarına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, Malta bayrağı altında üzən “Agioi Fanendes” tankeri oktyabrın 22-də Rusiyanın Baltik dənizində yerləşən Primorsk limanında yüklənib. Gəminin noyabrın 7-də Nyu-Yorka çatacağı gözlənilir.
Razılaşmaya əsasən, Rusiya dizel yanacağının ixracına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıraraq ABŞ da daxil olmaqla dünya bazarlarına tədarükü bərpa edib.
Donald Trampın administrasiyası noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində yanacaq qiymətlərini aşağı salmağa çalışır. Bu məqsədlə Vaşinqton Rusiyaya qarşı bəzi sanksiyaları yumşaldıb.
Trampın daha əvvəl açıqladığı plana əsasən, Rusiya ilkin mərhələdə 300 min ton, noyabrda əlavə 500 min ton, daha sonra isə 1 milyon ton dizel yanacağı ixrac etməyi nəzərdə tutu
12:54 23.10.2026
Oxunuş sayı: 185