Rusiya Yaxın Şərqdə münaqişənin diplomatik yolla həllinə çağırıb
Rusiya Yaxın Şərqdə gərginliyin siyasi və diplomatik vasitələrlə aradan qaldırılmasını dəstəklədiyini və sülh səylərinə töhfə verməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə məlumat verib.
Zaxarova bildirib ki, Fars körfəzində gərginlik artmaqda davam edir. Onun sözlərinə görə, tərəflər arasında qarşılıqlı zərbələr davam edir və nəticədə İranda, eləcə də ərəb ölkələrində mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyir.
Rusiya XİN sözçüsü qeyd edib ki, Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçilik fəaliyyətinin pozulması riski artıb. Onun fikrincə, hazırkı vəziyyət ABŞ və İran arasında iyunun 17-də imzalanmış İslamabad memorandumuna əsaslanan danışıqlar prosesinin bərpasına yönəlmiş regional vasitəçilik səylərini çətinləşdirir.
Zaxarova əlavə edib ki, Yaxın Şərqdəki mənfi proseslər qlobal enerji və ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər.
13:18 23.07.2026
Oxunuş sayı: 41