İsrail İranla mümkün toqquşmaya hazırlaşır
İsrailin müdafiə strukturları İranla birbaşa hərbi qarşıdurma ehtimalı fonunda yüksək hazırlıq vəziyyətinə gətirilib.
Crossmedia.az xəbər verir ki, Kan News bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ İsraili yaxın günlərdə hərbi kampaniyasını genişləndirmək niyyəti barədə məlumatlandırıb. Bildirilir ki, hazırkı eskalasiya dövründə ilk dəfə olaraq planlara İrandakı hədəflərə zərbələr endirmək üçün ABŞ-ın strateji bombardmançılarından istifadə variantı da daxil edilib.
Kan News-un məlumatında qeyd olunur ki, bu səbəbdən İsrailin təhlükəsizlik və müdafiə qurumları mümkün inkişaf ssenarilərinə qarşı yüksək hazırlıq rejimində fəaliyyət göstərir.
12:18 23.07.2026
Oxunuş sayı: 31