Sanksiyalar Rusiyanı qərarından döndərə bilməyib
Rusiyanın Ukrayna münaqişəsində Qərblə qarşıdurmada mövqeyini dəyişəcəyi gözlənilmir.
Crossmedia.az xəbər verir ki, ˝The New York Times˝ qəzetinin yazdığına görə, Moskva Ukrayna böhranı başlayandan bəri Qərbdən kənar ölkələrin dəstəyini qazanmağa müvəffəq olub.
Nəşr qeyd edir ki, Rusiya dünyada ən çox sanksiyaya məruz qalan ölkə olmasına baxmayaraq, iqtisadi və siyasi baxımdan fəaliyyətini davam etdirə bilir. Məqalədə bildirilir ki, Avropa ilə münasibətlərin pisləşməsi Moskvanın Qlobal Cənub ölkələri ilə əlaqələrini daha da gücləndirməsi ilə qismən kompensasiya olunub.
18:23 22.07.2026
Oxunuş sayı: 63