Stiven Siqaldan Putinə tərif: Dünyanın ən böyük lideridir
Amerikalı aktyor və Rusiya Xarici İşlər Nazirliyinin Rusiya–ABŞ humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqal Rusiya Prezidenti Vladimir Putinlə ilk görüşü barədə fikirlərini bölüşüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Siqal bildirib ki, Putin ona ilk görüş zamanı mehriban, nəzakətli, təvazökar və düşüncəli insan təsiri bağışlayıb.
Aktyor Putini dünyanın ən böyük lideri adlandırıb.
Siqal həmçinin ABŞ və Avropa ölkələrində yaşayan bir çox insanın Rusiya haqqında yanlış təsəvvürə malik olduğunu deyib. Onun sözlərinə görə, bu vəziyyət ölkə barədə xaricdə formalaşan təsəvvürə təsir edən yalan məlumatların yayılması ilə əlaqədardır.
22:42 11.07.2026
Oxunuş sayı: 53