“Bavi” tayfunu Tayvana çatıb: 14 mindən çox insan təxliyə olunub
Tayvanda “Bavi” tayfunu səbəbindən 14 mindən çox insan potensial təhlükəli ərazilərdən təxliyə edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Siklon nəticəsində 36 nəfərin xəsarət aldığı, təxminən 27 min ev təsərrüfatının isə elektrik enerjisiz qaldığı bildirilir.
Tayfunun yaxınlaşmasını gözləyən Çin də bir sıra bölgələrdə hava təhlükəsi ilə bağlı qırmızı səviyyəli xəbərdarlıq elan edib.
21:32 11.07.2026
Oxunuş sayı: 73