Aİ-dən Ukraynaya milyardlıq dəstək – müharibənin gedişini dəyişə biləcək qərar
Avropa İttifaqı Ukraynaya “Ukraine Support Loan” proqramı çərçivəsində 3,8 milyard avro dəyərində ilk müdafiə tranşını ayırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, vəsait artıq dövlət büdcəsinin xüsusi fonduna köçürülüb.
Ukraynanın baş naziri Yuliya Sviridenko bildirib ki, kredit prioritet sahələrə – ukraynalı dronların istehsalına, müdafiə sənayesinin gücləndirilməsinə və cəbhə üçün təcili təchizatlara yönəldiləcək.
Bundan əvvəl eyni proqram çərçivəsində Ukrayna artıq 3,2 milyard avro büdcə dəstəyi almışdı və bununla da ümumi maliyyələşmə 7 milyard avroya çatıb.
22:00 30.06.2026
Oxunuş sayı: 48