Putin hakimiyyətini itirə bilər: Yeni proqnoz gündəm yaratdı
"Forbes" jurnalının icmalçısı Melik Kaylan hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin tammiqyaslı müharibənin başlanmasından bəri ən ağır siyasi böhranla üz-üzə qalıb.
Crossmedia.az xəbər verir ki, onun fikrincə, Kremlə təzyiqi Ukraynanın hərbi və yanacaq infrastrukturuna müntəzəm zərbələri, Krımda və Rusiyanın bir sıra bölgələrində benzin qıtlığı, səfərbərliklə bağlı problemlər və ölkə daxilində artan narazılıq gücləndirir.
“Etimadın itirilməsi despotik rejimdə legitimliyin itirilməsinə gətirib çıxarır”, — deyə müəllif yazır.
Kaylan Putinin hakimiyyətdən getməsi üçün bir neçə ssenarini nəzərdən keçirir — saray çevrilişindən tutmuş, müharibənin nəticələrinə görə məsuliyyətin bir nəfərin üzərinə qoyulmasına imkan verəcək nümayiş xarakterli məhkəməyədək.
İcmalçının fikrincə, mövcud tendensiyalar davam edərsə, Putin yaxın üç il ərzində hakimiyyətini itirə bilər.
13:17 30.06.2026
Oxunuş sayı: 45