Polşa Ukraynanın Aİ üzvlüyünə veto siqnalı verdi
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib ki, tarixi yaddaşla bağlı məsələlər həll olunmadan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü mümkün deyil.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazir Polşanın zərurət yaranacağı təqdirdə Ukraynanın Aİ-yə üzvlük prosesini bloklaya biləcəyini bildirib.
Kosinyak-Kamışın sözlərinə görə, Avropa əməkdaşlığına zərər verən şəxslərin qəhrəmanlaşdırılması qəbuledilməzdir. O qeyd edib ki, Polşaya hansı ölkənin Aİ-yə üzvlüyü ilə bağlı necə səs verməli olduğunu heç kim diktə edə bilməz.
Nazir vurğulayıb ki, Varşavanın mövqeyi tarixi yaddaş məsələlərinin nəzərə alınmasına əsaslanır və bu mövzu Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesində əhəmiyyətli olaraq qalır.
12:35 30.06.2026
Oxunuş sayı: 52