40 illik fasilədən sonra böyük diplomatik dönüş
Fransa və Oman arasında Paris–Maskat tərəfdaşlığı gücləndirilib və tərəflər 12 sənəd imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Oman Sultanı Heytəm bin Tariq Al Səidin 40 ildən sonra Fransaya etdiyi ilk rəsmi səfər çərçivəsində Prezident Emmanuel Makronla danışıqlar aparılıb. Görüşdə Yaxın Şərqdə sabitliyin qorunması və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilib.
Makron xüsusilə İranın strateji əhəmiyyətli Hörmüz boğazından keçən ticarət gəmilərindən rüsum almasının yolverilməz olduğunu vurğulayıb.
Danışıqların yekununda Fransa və Oman müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair 12 saziş imzalayıb.
22:36 29.06.2026
Oxunuş sayı: 45