Türkiyədə məktəb kameraları şəhər təhlükəsizlik sisteminə qoşulacaq
Türkiyədə yeni tədris ilindən etibarən məktəblərdəki bütün müşahidə kameraları şəhər təhlükəsizlik sisteminə inteqrasiya ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinə istinadən yerli media məlumat yayıb.
Qərara əsasən, məktəblərdə quraşdırılan videomüşahidə kameraları polis sisteminə birbaşa qoşulacaq və bu, hüquq-mühafizə orqanlarına təhsil müəssisələrinin ərazisində vəziyyəti real vaxt rejimində izləməyə imkan verəcək.
Bildirilib ki, qərar son dövrlərdə məktəblərə qarşı baş verən bir sıra hücumlardan sonra qəbul olunub və Daxili İşlər Nazirliyi ilə birgə hazırlanıb.
15:10 29.06.2026
Oxunuş sayı: 58