Polşa XİN rəhbəri: Putin dava istəyirsə, biz hazırıq
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın prezidenti Vladimir Putin haqqında sərt bəyanat verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, əgər Putin münaqişəni genişləndirmək və yalnız Ukrayna ilə kifayətlənməmək niyyətindədirsə, Polşa buna cavab verməyə hazırdır.
Sikorski qeyd edib: ˝Əgər Putin döyüş istəyirsə, əgər ona Ukrayna kifayət deyilsə, biz həmişə etdiyimizi edəcəyik.˝
21:03 27.06.2026
Oxunuş sayı: 46