Qazaxıstanda psixoloqlar üçün dövlət reyestri yaradılır
Qazaxıstanda təsdiqlənmiş ixtisasa malik olmayan psixoloq və kouçların fəaliyyətinə məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ölkə senatı "Psixoloji fəaliyyət haqqında" qanunu təsdiqləyib. Qanuna əsasən, psixoloqların dövlət reyestri yaradılacaq.
Yeni qaydalara görə, reyestrə daxil edilməyən şəxslər psixoloji fəaliyyət göstərə və "psixoloq" adından istifadə edə bilməyəcəklər.
10:35 26.06.2026
Oxunuş sayı: 54