Uşakov: Trampla Putin Uitkoff və Kuşnerin yaxın vaxtlarda Rusiyaya səfərini razılaşdırıblar
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Kremlin rəhbəri Vladimir Putin və həmkarı Donald Tramp arasında əldə olunan razılaşmaya əsasən, amerikalı nümayəndələr Stiven Uitkoff və Cared Kuşner yaxın zamanda Rusiyaya yenidən səfər edəcəklər.
Crossmedia.az xəbər verir ki, Uşakovun sözlərinə görə, səfərin dəqiq tarixi və gündəliyi ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.
Qeyd olunur ki, bu addım Moskva və Vaşinqton arasında mümkün diplomatik təmasların davam etdirilməsi çərçivəsində qiymətləndirilir.
21:27 14.06.2026
Oxunuş sayı: 57