Putin Trampa yazılı şəkildə də təbrik göndərib
Rusiya Prezidenti Vladimir həmkarı Donald Trampı yazılı şəkildə də təbrik edib və onu “parlaq və qeyri-adi şəxsiyyət” adlandırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məktubda Rusiya lideri Trampa müraciət edərək ona sağlamlıq, xoşbəxtlik və rifah arzulayıb. Putin qeyd edib ki, birgə səylər nəticəsində Rusiya–ABŞ münasibətlərinə yeni təkan vermək mümkündür.
Rusiya prezidenti həmçinin bildirib ki, tərəflər arasında formalaşmış qarşılıqlı anlayışı yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu münasibət ikitərəfli və beynəlxalq gündəmdə ən mürəkkəb məsələlərin belə birbaşa və açıq şəkildə müzakirəsinə imkan yaradır.
21:06 14.06.2026
Oxunuş sayı: 66