İsveçrədə əhalinin 10 milyon nəfərlə məhdudlaşdırılması üzrə referendum başlayıb
İsveçrədə ölkə əhalisinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılması ilə bağlı referendum prosesi başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hazırda ölkədə təxminən 9 milyon nəfər yaşayır. Təşəbbüsü dəstəkləyənlər hesab edirlər ki, əhalinin sürətli artımı mənzil çatışmazlığına, kirayə qiymətlərinin yüksəlməsinə, eləcə də yollar və ictimai nəqliyyatda yüklənmənin artmasına səbəb olur.
Bu səbəbdən təşəbbüs müəllifləri ölkədə əhali üçün müəyyən limit tətbiq olunmasını və ümumi sayın 10 milyon nəfəri keçməməsini təklif edirlər.
Təşəbbüsə qarşı çıxanlar isə bildirirlər ki, miqrant axınının məhdudlaşdırılması əmək bazarında problemlər yarada bilər. Onların fikrincə, İsveçrə də bir çox Avropa ölkələri kimi bəzi sahələrdə işçi qüvvəsi çatışmazlığı ilə üzləşir.
Referendum nəticəsində çoxluq təşəbbüsü dəstəkləyərsə, hökumət miqrasiya axınının məhdudlaşdırılması istiqamətində addımlar atmalı olacaq. Bu qərarın Avropa İttifaqı ilə insanların sərbəst hərəkəti üzrə mövcud razılaşmalara da təsir göstərə biləcəyi bildirilir.
21:19 14.06.2026
Oxunuş sayı: 53