Putin Trampa Ukraynadan şikayət edib
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ukraynanı Rusiya ərazisində yerləşən mülki infrastruktura zərbələr endirməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Putinin sözlərinə görə, Kiyevin Rusiyanın “mülki infrastrukturuna” qarşı həyata keçirdiyi və ya həyata keçirməyə çalışdığı hücumlar cəbhədəki vəziyyətə təsir göstərməyəcək və döyüş meydanında qüvvələr nisbətini dəyişməyəcək.
Telefon danışığı zamanı tərəflərin regional təhlükəsizlik və mövcud geosiyasi vəziyyətlə bağlı da fikir mübadiləsi apardığı bildirilir.
Məsələ ilə bağlı Ukrayna tərəfinin mövqeyi təqdim olunan məlumatda yer almayıb.
20:44 14.06.2026
Oxunuş sayı: 52