Tramp: İranla sazişin imzalanması bu günə planlaşdırılıb
ABŞ Prezidenti Donald Trampın İranla mümkün razılaşmanın imzalanmasının bu gün baş tutmasının planlaşdırıldığını bildirdiyi iddia olunur. Bu barədə jurnalist Barak Ravid Axios-a istinadən məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, bu açıqlama İsrailin Beyruta endirdiyi zərbə və İranın buna cavab verəcəyi ilə bağlı bəyanatlarına baxmayaraq səsləndirilib.
Xatırladaq ki, bir gün əvvəl İsrail Beyrutda “Hizbullah”ın komanda mərkəzinə zərbə endirib. Hadisədən sonra regionda gərginliyin daha da artacağı ilə bağlı narahatlıqlar yaranıb.
Hazırda tərəflərdən sazişin detalları və prosesin gələcək gedişi ilə bağlı rəsmi əlavə açıqlama verilməyib.
20:33 14.06.2026
Oxunuş sayı: 66